Prezident onu “Dostluq” ordeni ilə təltif etdi – SƏRƏNCAM (FOTO)
1 Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer “Dostluq” ordeni ilə təltif edilib. Babayolu.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, bu təltif Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə görədir.
İmperiyalar Niyə Çökür? Daxili və Xarici Amillər
1 Dünyada mövcud olmuş böyük imperiyaların (Makedoniya, Roma, Ərəb Xilafəti, Monqol, Osmanlı və Rusiya/SSRİ) dağılması bəşər tarixinin ən mühüm dönüş nöqtələrindəndir. Bu nəhəng dövlətlərin süqutu tək bir hadisə ilə deyil, illərlə toplanan daxili struktur problemləri və xarici geosiyasi təzyiqlərin kəsişməsi nəticəsində baş vermişdir. Böyük imperiyaların tənəzzülünü və süqut səbəblərini tarixi ardıcıllıq və ümumiləşdirilmiş elmi meyarlar…
DİN narkotiklə bağlı əməliyyatlar keçirdi – Saxlanılanlar var
Bakı və Gəncədə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Bakı və Gəncə şəhərlərində keçirdiyi tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Məmmədov, R.Qurbanov, N.Zeynalova, İ.Mayılov, K.Rüstəmov, U.Əliyev, S.Süleymanov, həmçinin İran vətəndaşı S.Esmaeilnaseb saxlanılıblar. Onlardan 68 kiloqram narkotik vasitə və 1600…
Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin dağılmasının daxili və xarici səbəbləri…
Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin dağılmasının daxili və xarici səbəbləri elmi-tarixi aspektdən aşağıdakı kimi təsnif olunur: Manna Dövləti (e.ə. IX əsr – e.ə. 590) Daxili səbəblər: Cəmiyyətdəki sosial bərabərsizlik və vilayət hakimlərinin (canişinlərin) mərkəzi hakimiyyətə qarşı vaxtaşırı qaldırdıqları üsyanlar. İranzu öldükdən sonra oğulları (Aza və Ullusunu) arasında başlayan taxt-tac mübarizəsi və hakimiyyət hərisliyi. Xarici səbəblər:…
BMT-də tarixi an: Etnik təmizləməyə məruz qalan azərbaycanlılarla bağlı XÜSUSİ MÜRACİƏT – FOTO
2 28 sentyabr 2026-cı il tarixində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans keçirilib. Babayolu.az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu məlumat yayıb. Bildirilib ki, bu konfrans azərbaycanlıların Ermənistan tərəfindən etnik…
“Prezidentin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir” – Naxçıvan MR prokuroru
1 Naxçıvan Muxtar Respublikası prokuroru Sənan Paşayev Prezident İlham Əliyev tərəfindən ona II dərəcəli dövlət ədliyyə müşaviri rütbəsi verilməsi ilə bağlı açıqlama verib. O, Manset.az-a eksklüziv açıqlamasında Prezident İlham Əliyevə təşəkkürünü bildirib: “Prezident İlham Əliyevin mənə verdiyi bu rütbə böyük məsuliyyətdir. Allah Cənab Prezidentimizin canını sağ eləsin. Verilən rütbənin məsuliyyətini dərk edərək çalışacağam ki, bu ehtimadı…
16 marşrutun hərəkət sxemi dəyişir – Bu avtobus pulsuz olacaq
2 Paytaxtın Süleyman Sani Axundov küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunur. Babayolu.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirilib ki, məhdudiyyət səbəbindən sentyabrın 29-dan 2, 3, 33, 41, 45, 71, 88, 93, 100, 108A, 108B, 123, 147, 179, 202 və 203 nömrəli müntəzəm marşrutların hərəkət…
Əmlak bazarında qiymətlər yenidən artacaq – PROQNOZ
1 Əmlak bazarında qiymətlərin yenidən artacağı gözlənilir. Hətta bəzi əmlak növlərində bu, özünü daha qabarıq büruzə verəcək. Babayolu.az “Xəzər” TV-yə istinadən xəbər verir ki, bunu Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. Ekspert bildirib ki, kredit imkanlarının genişlənməsi daşınmaz əmlaka tələbi artıra bilər. Tələb yüksələrsə, bu, qiymətlərə də əlavə təzyiq yaradacaq. Xüsusilə torpaq və…
Bəxtiyar Əsgərov vəzifəsindən azad edildi
1 Bəxtiyar Hüseynalı oğlu Əsgərov Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edilib. Babayolu.az APA-ya istinadən xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov 28 sentyabr 2026-cı il tarixli sərəncam imzalayıb.
Avropa İttifaqı dörd ölkənin üzvlüyə qəbulu üçün dəqiq tarix müəyyənləşdirəcək
1 Avropa İttifaqı (Aİ) üzvlüyə qəbul olmaq üçün dörd namizəd ölkə üçün aydın, addım-addım planlar hazırlamağa başlayıb. Babayolu.az Musavat.com-a istinadən xəbər verir ki, nəlumatı Politico mənbələrə istinadən yayıb. Nəşrin mənbələrinə görə, Avropa Komissiyasının nümayəndələri Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün yol xəritələri üzərində işləyirlər. Qəzet qeyd edir ki, bu ölkələr Aİ üzvlüyünə əsas namizəd hesab…