Azərbaycan Konstitusiyası və Heydər Əliyevin tarixi rolu: Suverenliyin hüquqi təməli
1 Dövlətlərin inkişaf yolunda Konstitusiya siyasi sabitliyinin, hüquqi sisteminin və milli kimliyinin əsas sütunudur. Azərbaycan Respublikasının Konstitusiyası isə sadəcə hüquqi sənəd deyil, həm də milli suverenliyimizin, dövlət müstəqilliyimizin və azərbaycançılıq ideyasının hüquqi təcəssümüdür. 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsasını qoydu, xalqın iradəsini qanun səviyyəsinə yüksəltdi…