Son xəbər...

Avropa İttifaqı dörd ölkənin üzvlüyə qəbulu üçün dəqiq tarix müəyyənləşdirəcək

Avropa İttifaqı (Aİ) üzvlüyə qəbul olmaq üçün dörd namizəd ölkə üçün aydın, addım-addım planlar hazırlamağa başlayıb.

Babayolu.az Musavat.com-a istinadən xəbər verir ki, nəlumatı Politico mənbələrə istinadən yayıb. Nəşrin mənbələrinə görə, Avropa Komissiyasının nümayəndələri Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün yol xəritələri üzərində işləyirlər. Qəzet qeyd edir ki, bu ölkələr Aİ üzvlüyünə əsas namizəd hesab olunurlar, lakin onların qəbul edilməsi prosesi uzanır.

Yeni fəaliyyət planları ilk dəfə olaraq onlara üzvlük danışıqlarını başa çatdırmaq üçün aydın zəmanətlər və son tarixlər verəcək. Qəzet əlavə edib ki, yol xəritələri hər bir namizəd ölkədən nə tələb olunduğunu müəyyən edəcək və həmçinin mövcud Aİ üzvləri üçün öhdəliklər yaradacaq ki, onlar da inteqrasiya prosesini davam etdirməyə razılıq verməli olacaqlar.

Mənbələr vurğulayıblar ki, Gürcüstan, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Serbiya və Türkiyə Aİ-yə qəbul prosesinin ilkin mərhələlərində olduqları üçün onlara yol xəritələri verilməyəcək.
Qeyd edək ki, Ukrayna 2022-ci ilin yayından bəri AB üzvlüyünə namizəd statusuna malikdir. 14 iyul 2026-cı ildə Aİ Şurasına İrlandiyanın sədrliyi üzrə Avropa işləri üzrə naziri Tomas Birn Aİ-nin altı danışıqlar qrupundan ikincisi çərçivəsində Ukraynanın üzvlüyü ilə bağlı danışıqlara başladığını elan edib. Danışıqlar prosesi altı qrupa qeyri-bərabər şəkildə qruplaşdırılmış 33 bölməyə və ya fəslə bölünüb.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir