Alman hərbçilər Qrenlandiyanı tərk etdi

Almaniya Silahlı Qüvvələri (Bundesver) iddia edir ki, alman qoşunları Qrenlandiyadakı missiyanın bir hissəsi olaraq öz vəzifələrini yerinə yetiriblər.

Babayolu.az Manset.az-a istinadən xəbər verir ki, bunu Almaniya Silahlı Qüvvələri missiyasının nümayəndəsi, polkovnik-leytenant Peter Milevçuk “Funke” media qrupuna verdiyi müsahibədə bildirib.

“Təlim və məşq təşəbbüsünün bir hissəsi olaraq vəziyyəti araşdırmaq üzrə ilkin tapşırığımızı yerinə yetirdik”, – deyə o bildirib.

O, danimarkalı həmkarları ilə əməkdaşlığı çox müsbət və konstruktiv adlandırıb: “Dediyim kimi, əvvəlcə buradakı vəziyyəti araşdırdıq və əsasən tapşırığı yerinə yetirdik. İndi nəticələrlə evə qayıdacağıq”.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir