Son xəbər...

İnsult gəncləri niyə hədəfə alır? Həkim əsas səbəbi açıqladı

İnsult və digər ağır damar xəstəlikləri son illər daha gənc yaşlarda müşahidə olunmağa başlayıb. Mütəxəssislər xüsusilə 40 yaşdan aşağı insanlarda hipertoniya və digər risk faktorlarının artmasına diqqət çəkirlər.

Babayolu.az “Lenta.ru” nəşrinə istinadla xəbər verir ki, Sankt-Peterburqdakı SM-Klinikasının kardioloqu, tibb elmləri namizədi Valentina Baydina bunun əsas səbəblərindən birinin böyük şəhərlərdə həyatın sürətli tempi olduğunu bildirib.

Həkimin sözlərinə görə, davamlı tələskənlik, eyni vaxtda çoxsaylı işlərlə məşğul olmaq və xroniki stress arterial təzyiqin yüksəlməsinə səbəb olur. Əvvəllər hipertoniya ilə bağlı həkimə əsasən 40 yaşdan yuxarı şəxslər müraciət etdiyi halda, hazırda 20-21 yaşlı gənclər arasında da yüksək təzyiq halları artır.

Baydina xəbərdarlıq edib ki, nəzarətsiz yüksək təzyiq, siqaret çəkmək və uzunmüddətli emosional stress erkən yaşda insult riskini əhəmiyyətli dərəcədə artıra bilər.

Bundan əlavə, dietoloqlar alkoqol qəbulunun da insult riskinə təsir göstərə biləcəyini bildiriblər. Onların fikrincə, spirtli içkilər qan damarlarına mənfi təsir göstərərək orqanizmdə iltihabi prosesləri gücləndirə bilər.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir