Seyid Molla Məhəmməd ağanın böyük oğlu, övladlarının IV “Başlıbel Akademiyası” yaradıcılarından biri, fizika-riyaziyyatçı Mirzəyev Hacı müəllimin ailəsidir.
Mən məcburi köçkünlük dövründə vəfat edənlərin hamısını şəhid hesab edirəm.
“Alimin mürəkkəbi şəhidin qanından müqəddəsdir.” (Məhəmməd peyğəmbər)
Ailəmizdə iki alim var idi:
Texnika elmləri namizədi Saleh müəllim Mirzəyev,
Tibb elmləri namizədi Sabir Mahir həkim.
Tarixçi Əminə müəllim, mühəndis Tahir və mən elmi dərəcəmiz olmasa da, daim alimlərin yanında olmuşuq.
Sözümün canı budur: səhhətimlə əlaqədar olaraq Başlıbeli – vətənimi ziyarət edə bilməmişəm. Əgər qardaşlarım sağ olsaydı, belə olmazdı.
İnsanlar arasında saxtalar, daşqəlblilər var. Amma Allaha şükür edirəm ki, 4-5 saf qəlbli dostum var. Bu mənə bəsdir.
Həm əmim uşaqları, həm də Çiçək xalamın, Rəhimə xalamın övladları, eləcə də Binyamin Cəfərov saf qəlblidirlər.
Seyid Molla Məhəmməd ağanın nəvəsi olaraq onun yolunu davam etdirəcəyimə, Başlıbelin quruculuğunda yaxından iştirak edərək doğmalarımın ruhunu şad edəcəyimə əminəm.
“Başlıbelin İnkişafına Dəstək” İctimai Birliyinin yaradıcı təsisçisi, fondun və “WhatsApp” üzərindən fəaliyyət göstərən “Başlıbel Yaradıcılığı” qrupunun yaradıcısıyam. Məqsədimiz Başlıbelin quruculuğunda yaxından iştirak etməkdir.
İctimai Birliyin sədri Vüqar Həşimova minnətdaram. Qarşımıza qoyulan məqsədlərə çatmaq üçün görülən fəaliyyəti qənaətbəxş hesab edirəm.
Babayolu.az saytının təsisçisi və baş redaktoruyam. Saytı hazırlayan Yalçın Ağayevə çox minnətdaram. O, əsl Azərbaycan gəncidir – həm potensiallı, həm də ağsaqqal hörməti qazanan tarixçi müəllimdir.
Həyat davam edir. 💓
Babayolu.az