Şirinovlar Kəlbəcərdə xeyirxahlıqları ilə tanınan bir nəsildir.
Zöhrab Şirinovu mənə 2020-ci ildə Vahid Məmmədov – Vahid müəllim tanıdıb. Lakin sonradan o, qardaşımla yaxın dost olub. Əvvəllər Zöhrab Şirinovun başqa sahədə çalışdığını bilirdim. Vahid müəllim bizi tanış etdikdən sonra bildim ki, o, həkimdir.
Zöhrab həkimi yaxından tanıyıram. O, həm gözəl insan, həm də peşəkar həkimdir. Hamımız kimi ağır məcburi köçkünlük həyatı yaşasa da, həm çalışıb, həm də ali təhsil alıb. Onun böyük qardaşı Zarraf Şirinov da professor, tibb elmləri doktorudur.
Bu qardaşlar Azərbaycan cəmiyyətində milli mentalitetimizi qoruyan, ata-babalarının yolunu davam etdirən insanlardır.
Zöhrab həkim çox mehriban, səmimi, istiqanlı və ziyalı bir insandır. O, haqsızlığa dözməyən, ədalətin bərpası üçün mübarizə aparan, inadkar Kəlbəcər mentalitetli bir şəxsiyyətdir.
Zöhrab Şirinov – Zöhrab həkimə möhkəm can sağlığı arzulayıram. İnanıram ki, Rəbbimin köməkliyi ilə doğma Kəlbəcərimizdə, öz doğulduğu kənddə gözüdolusu yaşayacaq.

Babayolu.az