Son xəbər...

QARŞIYA QOYULAN MƏQSƏD

❤️Artıq ilin sonu, cari ilin başlanğıcıdır. Taleyim elə gətirib ki, 14 iyun 2024-cü ildə ağır avtomobil qəzası keçirmişəm. 5 gündən sonra gözlərimi Sabunçu Tibb mərkəzin (müdir Namiq Dəmirçiyev)
reanimasiya şöbəsində açmışam. Cəmi 15 gün Reamnasiyada, 10 gün də stasionarda müalicə olundum. (Tramatoloq həkim Hidayət Cəfərov )
Düzdü, həyati təhlükəli 15 patalogiyam olmağına baxmayaraq, həyata qayıtmışdım.
25 gündən sonra ambulator müalicəyə buraxılıb. 6 dəfə MRT, KT REFERAND özəl Ambulasla aparılmışam. 15 ay da evdə müalicə alandan sonra yenidən Sabunçu Tibb Mərkəzin Nervoloji şöbədə
(şöbə müdiri, həkim Esmira həkim),
sonra da, Xətai Tibb Mərkəzində müalicə alıram. (Müalicə həkim Sevinc ,şöbə müdri Afaq həkim)
Ədalət naminə deyim ki, 24 – cü ildən TƏBİB-in nəzdində fəaliyyət göstərən xəstəxanalarda həm tibb heyyət, həm də texniki heyət əvvəlki kimi-2022/2023- cü illərdəki kimi işləmir. Demək olar hamı bu xidmətdən razıdır.
Xəstəxanada bütün xidmətlər pulsuzdur. Xəstələr üçün nəzərdə tutulan pəhriz yeməkləri də, ev xörəklərindən heç də fərqlənmir. Rəhbərlik, şöbə müdirləri vaxtlı – vaxtında palataları gəzir. Xəstələrin şikayətlərin dimləyir.
Palata gündə 4-5 dəfə xüsusi dərmanlarla silinir. Tibb bacıları ,həkimin təyinatın vaxtı-vaxtında yerinə yetrir.
Xəstəxanada mühafizə də qənaətbəxşdir.
Hamı İcbari Sığortadan məmnun qalır.
Amma tubb bacıların, texniki işçilərin əmək haqqı qənaətbəxş deyil. Onların da əməkhaqlarının artırılmasına nail ola bilsəniz, onlar da məmnun qalar, əməkləri düzgün qiymətləndirilər .
Çarpayılar da müasirləşsə,
vay-vay
İnter əlaqəsi yaradılsa,
otaqlara televizor qoyulsa,
ayaqyollarında,
hamamda istisu mütamadi olsa,
deyərdim ki, özəl xəstəxanalardan da yaxşıdır, tabeliyinizdə olan xəstəxanalar, Vüqar həkim .
Mənim də səhətim günü – gündən yaxşılaşır .
TƏBİB də yaratdığınız belə şəffaf xidmətə görə Sizə ,İcbari Sığortaya dərin təşəkkürümü bildirirəm.
Sabir Hacı
müəllim
psixoloq,
sosioloq
İradçı

Babayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir