Çin ABŞ-nin Venesuelaya zərbələrini pislədi

Çin ABŞ-nin Venesuelaya zərbələrindən, bu ölkənin Prezidentinə qarşı atdığı addımlardan dərindən sarsılıb və bunu qətiyyətlə pisləyir.

Babayolu.az Manset.az-a istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının (ÇXR) Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında deyilir.

Bəyanatda qeyd edilib ki, ABŞ-nin bu addımı beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır.

“Biz Amerika tərəfini beynəlxalq hüquqa və BMT Nizamnaməsinin müddəalarına riayət etməyə, eləcə də digər ölkələrin suverenliyinə və təhlükəsizliyinə qarşı təcavüzləri dayandırmağa çağırırıq”, – XİN-in bəyanatında bildirilib.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir