Tramp Venesuelada keçirilən əməliyyatı dəyərləndirdi

“Yaxşı planlaşdırılmış, parlaq əməliyyat” – Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “The Times” qəzetinə ABŞ-ın Venesueladakı əməliyyatını belə qiymətləndirib.

Jurnalistlərin əməliyyat üçün Konqresdən icazə istəyib-istəmədiyi və Venesuelada bundan sonra nələrin baş verəcəyi barədə sualına Tramp Mar-a-Laqoda keçiriləcək mətbuat konfransında bu sualları cavablandıracağını bildirib.

Eyni zamanda ABŞ rəsmilərindən biri əməliyyat zamanı Amerika tərəfində heç bir itki olmadığını bildirib, lakin Venesuela tərəfində hər hansı bir itki barədə şərh verməkdən imtina edib.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir