Rusiya prezidenti Vladimir Putin Qərblə hər hansı real anlaşmaya və atəşkəsdən sonra sanksiyaların aradan qalxacağına inanmır.
Babayolu.az xəbər verir ki, “The New York Times” yazır: ABŞ-də Rusiyanı Çindən uzaqlaşdıra biləcək istənilən siyasi manevrə inam faktiki olaraq itib.
Bu isə Kremlin strateji hesablamalarında mühüm nəticə doğurur – Rusiya artıq öz gələcəyini uzunmüddətli perspektivdə Çin tərəfdaşlığı üzərində qurur və Qərblə münasibətlərin bərpasını real ssenari hesab etmir.
Kremlə yaxın bir neçə mənbənin qəzetə bildirdiyinə görə, məhz bu amil Putin üçün bütün “məhdudiyyətləri” aradan qaldırıb. Mənbələr vurğulayır ki, sanksiyaların istənilən halda qalacağına dair qənaət Moskvanı daha sərt addımlardan çəkindirmir, əksinə, hərbi-siyasi manevr imkanlarını genişləndirir.
NYT-nin qeyd etdiyinə görə, bu yanaşmanın konkret nəticələrindən biri də Rusiyanın Ukraynada qış aylarında vəziyyəti kəskinləşdirməyə hesablanmış strategiyasıdır. Kremlə yaxın mənbələr iddia edir ki, Rusiya rəhbərliyi bu qış Ukraynada genişmiqyaslı humanitar böhran yaratmağa maraqlıdır və bu istiqamətdə qərar artıq qəbul edilib.
Babayolu.az