DOST AGENTLİYİ REABİLİTASİYA – İNSANLARIN DOSTU

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində
DOST Mərkəzi 09 may 2019 cu ildən fəaliyyət göstərir.
BU mərkəzlər AZƏRBAYCAN RESPUBLİKASININ VİTSE-PREZİDENTİ, HEYDƏR ƏLİYEV FONDUN PREZİDENTİ Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmışdır.
Məqsəd; şəhid ailəsi üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və onların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar,
aztəminatl ailələrin və əlilliyi olan şəxslər sırasından istedadlı şəxslərin (bundan sonra – şəxslər) Mərkəzdə müvafiq istiqamətdə bacarıq və yaradıcılıq potensialının inkişaf etdirilməsidir.
Vəzifə borcu;
məsuliyyətli və məmnunluq qazandırmaq üçün həssas təbəqəyə xidmət etmək o qədər də asan deyil, həm də həmişə onlar haqlı hesab edilir.
Orada sistem elə qurulub .
DOST AGENTLİYİ ilə əlaqədar işləyirlər.
DOST AGENTLİYİ REABİLİTASİYA, (müalicəyə) həm də Reabilitasiya vasitələriylə təmin olunması üçün göndəriş verir .

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərəzi Azərbaycanda yeganə müəssisədir ki ətrafını itirmiş vətəndaşların sabaha olan ümidini özlərinə qaytarır. Bu Mərkəz Ərazi Tibbi-Sosial Ekspert Kommisiyaları tərəfindən əlilliyi olan şəxslərə təyin olunmuş reabilitasiya vasitələrinin vətəndaşlara təmin edən bir mərkəzdir. Burada işləyən əməkdaşlar da həmin vasitələrin vətəndaşlara vaxtında çatdırılmasını özlərinə borc bilirlər. Rayonlardan da bu Mərkəzə müraciət edən vətəndaşlar çox vaxt əsəbi olurlar, yerlərdə onlara qarşı lazımi diqqət və qayğını görməmələri, həm də uzaq yol gəldiklərinə görə onların səhhətinə mənfi təsir göstərir çox vaxt onlar Mərkəzdə çalışan əməkdaşlara qarşı aqresiv olurlar.
Bu Mərkəzdə çalışan əməkdaşlar həssas qrupa aid olan vətəndaşlarla çalışdıqlarını başa düşdüklərindən həmin vətəndaşlara qarşı daha diqqətçil daha qayğıkeş yanaşdıqlarından aqresiya ilə Mərkəzə daxil olan pasiyendə əməkdaşlara qarşı olan fikirləri dəyişir mülayimləşirlər və müraciət etdikləri vasitələrlə təmin olunduqdan sonra əməkdaşlara təşəkkür edərək Mərkəzdən ayrılırlar.
Mən də həmin Mərkəzə reabilitasiya vasitələri ilə təmin olunmaq üçün müraciət etmişdim mənə Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təyin olunmuş reabilitasiya vasitələrinin bəziləri Mərkəzdə olmadığından Mərkəzin İnsan resurslarının idarəedilməsi və vətəndaş qəbulu şöbəsinə reabilitasiya vasitələri ilə səyyar təmin olunmaq üçün növbəyə alınmaq məqsədilə müraciət etdim şöbə müdiri Rafiq Nəcəfov digər vətəndaşları qəbul etdiyi kimi məni də qəbul etdi.
Onunla apardığım fikir mübadiləsindən sonra Mərkəz haqqında orda çalışan əməkdaşlar haqqında məndə başqa fikir formalaşdı.

Rafiq müəllimlə söhbətimiz zamanı aydın oldu ki, Mərkəz əməkdaşların seçimi zamanı müsahibədə namizədin bilik səviyəsi ilə yanaşı onun insani keyfiyyətləri də yoxlanılır
Nazirliyin əməkdaşlar qarşısına qoyduğu tələblərə uyğun namizədlər seçilərək reabilitasiya mərkəzlərində müvafiq işlə təmin olunurlar.
Seçim zamanı əlilliyi olan və vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş vətəndaşlara, döyüşlərdə həlak olmuş vətəndaşların ailə üzvlərinə üstünlük verilir.
Rafiq müəllimin verdiyi məlumata görə Mərkəzdə çalışan əməkdaşlar arasında əlilliyi olan şəxslər və vətənimizin bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş əməkdaşlar da çoxluq təşkil edir.
Rafiq müəllimin bildirdiyinə görə ölkəmizin hansı rayonunda yaşamasından asılı olmayaraq sağlamlıq imkanları məhdud olan vətəndaşlara reabilitasiya vasitələri Mərkəzin avtomobili ilə növbəlilik əsasında ünvanlarına çatdırılmaqla təmin olunurlar
İstər müharibədə, istərsə də dinc dövrdə aşağı və yuxarı ətraflarını itirmiş vətəndaşlarımız dövlətin diqqət və dəstəyi ilə ən müasir protezlərlə təmin olunaraq gündəlik həyata adaptasiya olurlar.
Mərkəz günü-gündən inkişaf edərək Azərbaycan dövlətinin dəstəyi ilə inkişaf etmiş ölkələrdən protezlərin və ortopedik ayaqqabıların hazırlanması üçün müasir avadanlıqlar alınaraq Mərkəzdə quraşdırılmışdır.
2026-cı ilin yanvar ayının 5-də Cənab Prezidentin olkə medyası nümayəndələrinə müsahibəsində dediyi kimi 500 – dən çox əlilliyi olan şəxslərə müasir protezlər quraşdırılıb təmin olunublar.
Bu protezlər vasitəsilə əlilliyi olan şəxslər idmanla məşğul olur, gündəlik həyatda digər vətəndaşların etdikləri hərəkətləri edirlər.
Ölkə başçısı bizim hər birimizin qarşımıza tələb qoyub ki, məmurlar vətəndaşın xidmətində durmalıdır devizi ilə işləyirik.
Rafiq müəllimin bildirdiyinə görə Mərkəzdə əlilliyi olan əməkdaşlar özlərinin əlilliyinin olmasına ətraflarının amputasiya olnmasına protezdən istifadə etməsinə baxmayaraq özləri əlilliyi olan şəxslərə xidmət göstərirlər. Nümunə üçün yaşa görə təqaüdə çıxmış yuxarı ətraf protezlərinin hazırlanmasında mütəxəssis olan Nazim Əliyevi missal çəkdi. Rafiq müəllim bildirdi ki, Nazm ustanın əllərinin ikisinin də amputasiya olunmasına baxmayaraq O protez əldən istifadə etməklə ətraflarını itirmiş vətəndaşlara protez düzəldirdi onlarda sabaha ümüd yaradırdı.
Biz də çalışmalıyıq ki, vətəndaşlara qarşı diqqətcil olaq, öz işlərimizlə diqqət və qayğımızla könüllərini alaq, Onların itmiş ümidin bərpa edək.
Təəsüf ki hər zaman belə olmur bəzi əməkdaşlar tərəfindən əlilliyi olan vətəndaşlara qarşı kobudluq edən, onların müraciətlərinə laqeyid, biganə yanaşan əməkdaşlara da rast gəlirik və bu cür əməkdaşlar haqqında rəhbərlik tərəfindən ciddi intizam tənbeh tədbirləri görülür.

Yeri gəlmişkən, onu da əlavə etmək lazımdır ki, Dost agentliyi həmin yardımçı vasitələri sistemə vurmaqla yanaşı, pasientlərin telefonuna da mesaj şəkilində göndərilsə daha şəffaf olar. Çünki Ərazi Tibbi-Sosial Ekspert Kommisiyaları vəsaiti sistemə oturdub əlili Sosial Ekspertiza və Reabilitasiya Agentliyin Protez – Ortopedik Mərkəzə yönəldir. Əlil Mərkəzə gəlir, müraciət edir. Əlində bir sənəd olmadığı üçün çaşqınlıq yaranır. Ona görə də haqqlı şikayət çıxır. Xahiş edirəm ki, bu təklifi nəzərə alıb əlillərin məmnunluğunu qazanasınız.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir