Mənim üçün ÖRNƏK YOL

Bu yol Kəlbəcərli El Ziyalısının yoludur! Mənim qardaşım Saleh müəllimin ən yaxın dostu və mənim də örnəyim olan Qurban Sadıqov haqqında evdə həmişə danışılar, ondan məsləhətlər alınardı.

Təşəbbüs, keçmiş deputat Aqil Məmmədovdan gəldi və 16 mart 2021-ci ildə Kəlbəcər Gəncləri ilə görüşdə Kəlbəcər Tələbə Gənclər Könüllülər Qrupunun (KTGKQ) yaradılmasına qərar verildi. Bu qrupun rəhbərliyini isə mənə təklif etdilər.

Mən, bu təklifi məmnuniyyətlə qəbul etdikdən sonra, Qurban Sadıqovun yanına gedərək ondan təlim keçməyini xahiş etdim. Qurban müəllim gülərək dedi: “Siz müəllimsiniz, təlimə ehtiyac yoxdur.” Mən isə ona belə cavab verdim: “Müəllimlik savadım var, amma metodikam yoxdur. Lakin gənclərlə müasir üslubda işləmək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin ideyalarına əsaslanaraq gənc nəsli düzgün istiqamətləndirmək çox məsuliyyətli və şərəflidir. Ancaq təcrübə hər şeyin təməlidir.”

Bu gün də, mən Sabir Hacıoğlu Mirzəyev hələ də Qurban Sadıqovun “Akademiya”sının tələbəsiyəm. Lakin hələ yüksək balla biliyimi qiymətləndirmək nəsib olmur. Lakin öyrənmək, hər zaman gələcəkdəki xoş günlərə aparan bir yol olduğuna inanıram.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir