Kəlbəcərin Gənc Deputatı ilə Görüşdən Təəssüratlarım

1
0

Artıq ikinci ildir ki, Mircəlil Qasımlı Milli Məclisdə təmsil olunur. Seçkilər dövründə ağır avtomobil qəzası keçirdiyim üçün iştirak edə bilmədim. Lakin vətənini sevən bir kəlbəcərli kimi, kim olur-olsun, ona təcrübəmdən doğan köməyi əsirgəməmək qərarındayam. Əvvəlki deputatlar kimi seçicilərin rəğbətini qazanacağına və kəlbəcərlilərin birliyinə zəmin yaradacağına əmin idim.

Eyni zamanda, “Xaricdə təhsil alıb, Kəlbəcər camaatı onu tanımır. Belə həssas dövrdə – məskunlaşma mərhələsində – necə idarə edəcək?” kimi ziddiyyətli düşüncələrim də vardı. Həm də belə bir fikirdə idim ki, indiki gənclər yüksək elmi-nəzəri biliklərlə zəngin olsalar da, təcrübə azlığı səbəbindən yaşlı nəslə nisbətən o qədər də uğur qazana bilmirlər.

Bu düşüncələrlə köməkçisi Anar Əliyevlə əlaqə saxlayaraq deputatla görüşmək istəyimi bildirdim. Qısa müddət ərzində 27.02.2026-cı il, saat 13:10 radələrində Milli Məclisin binasında, qəbul şöbəsinə yaxınlaşmağım bildirildi.

27.02.2026-cı il tarixində Kəlbəcər rayonunun deputatı cənab Mircəlil Qasımlının qəbulda oldum. Görüş zamanı onun səmimiyyəti, dürüstlüyü və vətənə bağlılığı məndə dərin təəssürat yaratdı. Sadəliyi və diqqətlə dinləmək bacarığı hər bir vətəndaşa göstərilən hörmətin bariz nümunəsidir.

Söhbətimiz əsnasında bildirdi ki, Cavid Qurbanova böyük hörməti və təşəkkürü var. O, hər zaman camaata kömək edib. Maliyyə baxımından ondan da imkanlı şəxslər Kəlbəcərdə olsa da, heç kim bu qədər yardım göstərməyib.

Cənab Mircəlil Qasımlı el-obasına, ağsaqqallarına və seçicilərinə daim yüksək ehtiramla yanaşan, üzərinə düşən məsuliyyəti vicdanla yerinə yetirən dəyərli şəxsiyyətdir. O qeyd etdi ki, sonuncu deputat Aqil Məmmədovun müəyyən tövsiyələrindən yararlanır. Aqil müəllim eyni zamanda rayonda İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Deputat hər zaman qanunun keşiyində dayanmağı, dövlətçiliyə və milli dəyərlərə sədaqəti fəaliyyətinin əsas prinsipi kimi qoruyur. O vurğuladı ki, deputat fəaliyyəti yeni dövrə təsadüf edir və bəzi seçicilər maddi yardım üçün müraciət edirlər. Çalışır ki, imkan daxilində kömək etsin. Lakin deputatın əsas vəzifəsi xalqın səsini qanunvericilik müstəvisində Milli Məclisə çatdırmaqdır.

Belə potensiallı gəncin Kəlbəcəri təmsil etməsi qürurvericidir. Onun deputat kimi fəaliyyəti rayon sakinlərinin problemlərinə həssas yanaşması və daim xalqın yanında olması ilə seçilir.

Cənab Mircəlil Qasımlıya məsuliyyətli fəaliyyətində uğurlar və möhkəm can sağlığı arzulayıram.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir