Dəyərli, çox əziz qardaşımın tələbə yoldaşları, mənim isə dostlarım:
Leyla Mahmudqızı
Aybeniz Bayramova
Zülfiyyə Əliyeva
Solmaz həkim
Elman Tağısoy
Bəyalı Məmmədov
Siyamək Nani
İlham Sofuyev
Kazım həkim
İlqar Omarov
Sərdar həkim
Kardioloq Fuad Qənbərli
Qalib Əsədov
Fikrət həkim
…
🌹 Ramazan bayramı
🌹 Novruz bayramı münasibətilə hamınızı təbrik edirəm!
(Məlumat üçün qeyd edim ki, 33 ildən bir Ramazan bayramı Novruz bayramı ilə eyni günə təsadüf edir. Çərəkədə də 33 eyni muncuqdan sonra bir fərqli muncuq gəlir.)
Əziz, dəyərli, peşəkar təbiblər! Bu gün səhiyyə sistemi sizin sayənizdə uğurlu addımlarını davam etdirir. Xalqımızın sağlamlığının keşiyində duranlara Uca Rəbbim sağlam can, təmkin, səbir və dözüm bəxş etsin.
Sizlər Azərbaycan torpaqlarının suverenliyi və ərazi bütövlüyü uğrunda Azərbaycan Ordusunun əsgərləri kimi də həkimlik etmisiniz. Hər biriniz şərəfli ömür yaşayırsınız. Sizlər laborator analizlər olmadan belə pasiyentlərə düzgün və dəqiq diaqnoz qoyur, mükəmməl nəticələr əldə edirsiniz.
Dəyərli dostlar, sizlər həm də mərhəmətli, ədalətli və vicdanlı insanlarsınız. Hər biriniz mənim üçün doğma qardaş kimisiniz. Qardaşıma olan sevginiz mənə də sevgi və həssaslıqla yanaşmağınıza səbəb olub.
Sizlər eyni zamanda gözəl ailə başçıları, ailələrinizin dayağısınız. Qalib ölkəmiz üçün vətənpərvər övladlar yetişdirərək cəmiyyətimizə bəxş etmisiniz.
Dəyərli dostlar, sizlər həm də Qarabağımızın azad nəfəs almasının şahidlərisiniz. Hər birimiz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasətini hər zaman dəstəkləyərək, rektorunuz Yaqub Məmmədovun etimadını doğruldub halal zəhmətlə ruzi qazanırsınız.
1985–1992-ci il Azərbaycan Tibb İnstitutunun məzunları!

Babayolu.az