Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi- FOTO, VİDEO
3 18 aprel Başlıbel qətliamının 33-cü ildönümü münasibətilə bu gün Başlıbel kəndinə səfər təşkil olunub. Prezidentin Kəlbəcər Rayonu üzrə Xüsusi Nümayəndəliyinin və Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin təşkil etdiyi səfərdə Başlıbel qətliamı qurbanlarının ailə üzvləri, hadisə şahidləri, Xüsusi Nümayəndəliyin təmsilçisi Seymur Məmmədov, İctimai Birliyin sədri və rəhbərliyinə daxil olan şəxslər, kənd sakinləri, kəndin din xadimi…