Başlıbel qətliamı qurbanlarının məzarları ziyarət edildi- FOTO, VİDEO

18 aprel Başlıbel qətliamının 33-cü ildönümü münasibətilə bu gün Başlıbel kəndinə səfər təşkil olunub. Prezidentin Kəlbəcər Rayonu üzrə Xüsusi Nümayəndəliyinin və Başlıbelin İnkişafına Dəstək İctimai Birliyinin təşkil etdiyi səfərdə Başlıbel qətliamı qurbanlarının ailə üzvləri, hadisə şahidləri, Xüsusi Nümayəndəliyin təmsilçisi Seymur Məmmədov, İctimai Birliyin sədri və rəhbərliyinə daxil olan şəxslər, kənd sakinləri, kəndin din xadimi Seyid Natiq Salahov qətliam şəhidlərinin məzarlarını ziyarət ediblər. Şəhidlərin ruhuna dualar oxunub.
Şəhidlərin xatirəsi yad edilib. Ermənistan ordusunun insanlıq əleyhinə cinayətlərindən biri olan Başlıbel qətliamının heç zaman unudulmayacağı ifadə olunub.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir