Son xəbər...

Başlıbeldə Şəhid Məzarlarının Abadlaşdırılması üçün İməcilik Keçiriləcək

2 1993-cü il aprelin 2-də vandal erməni ordusu Başlıbel kəndini işğal etdikdən sonra kəndin yaşlı sakinləri düşməndən qorxmadı. Onlar işğalın müvəqqəti olacağına inandıqları üçün doğma yurdlarını tərk etmədilər. Kənddən çıxmaq əvəzinə yaxınlıqdakı kahalarda gizlənərək yaşamağa məcbur oldular. 18 aprel 1993-cü il Başlıbel qətliamını törədən vandal erməni silahlı birləşmələri təpədən dırnağadək silahlanmış vəziyyətdə dinc sakinlərə hücum…

Ətraflı....

Avropa çarəsiz durumda: Ölənlərin sayı 1300-ü keçdi

Avropada iyunun 21-dən bəri davam edən güclü istilər xeyli insanın həyatına son qoyub. Ümumdünya Səhiyyə Təşkilatı iqlim dəyişikliyinin təhlükəli nəticələri ilə bağlı növbəti dəfə xəbərdarlıq edib. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus bildirib ki, iyunun 21-dən etibarən Avropada yüksək temperaturla əlaqədar 1300-dən çox ölüm qeydə alınıb. Onun sözlərinə görə, istilik stresi çox vaxt…

Ətraflı....

ABŞ-dən Zəngəzura doğru kritik həmlə – görüş keçirildi

ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili Devid Allen Zəngəzurun Gorus şəhərinə səfər edib. Babayolu.az xəbər verir ki, ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı məlumata görə, müvəqqəti işlər vəkili Devid Allen Gorus şəhərində fəaliyyət göstərən ABŞ şirkəti ContourGlobal-ın ofisində olub. Görüş zamanı Ermənistanın enerji təhlükəsizliyi, bu sahədə mümkün əməkdaşlıq istiqamətləri və gələcək layihələr ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki,…

Ətraflı....

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Bashlibel.az xəbər verir ki, Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə – Əlahiddə Korpus yaradılıb. O dövrdə təşkil olunan Hərbi Nazirlik və onun rəhbər heyətində təmsil olunan Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqa…

Ətraflı....

Dövlətə Sədaqət və Xalqa Xidmətin Nümunəsi – Sadıqov Qurban Rza oğlu

1 Dövlətə və xalqa vicdanla xidmət etmək hər bir dövlət qulluqçusunun ən ali missiyasıdır. Bu missiyanı uzun illər ərzində yüksək məsuliyyət, peşəkarlıq və vətənpərvərlik nümunəsi ilə yerinə yetirən şəxslərdən biri də Sadıqov Qurban Rza oğludur. Qurban Sadıqov 15 iyul 1962-ci ildə Kəlbəcər rayonunun Nadirxanlı kəndində anadan olmuşdur. O, M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunu…

Ətraflı....

Uşaqlığın Son Günü, Yeni Həyatın Başlanğıcı: Şəhidimizin Əmanətləri İlə Keçən Kövrək və Qürurlu “Son Zəng”

Hər bir insan ömründə elə günlər olur ki, o həm ayrılıq duyğusunu, həm də gələcəyə olan böyük ümidlərin sevincini eyni anda yaşadır. Məhz belə günlərdən biri – məktəb illərinə əlvida deyib müstəqil həyata qədəm qoyan gənclərimiz üçün çalınan “Son Zəng”dir. Bu zəng həm uşaqlığın son günü, həm də yeni bir həyat mərhələsinin başlanğıcıdır. Deməli, bəzən…

Ətraflı....

Əsrə bərabər bir ömür: Başlıbelin 100 yaşlı çinarı – Məhbub nənə

Bu gün elimizin-obamızın, doğma kəndimizin başıuca ağbirçəyi, hamımızı sevimlisi Məhbubə nənəmizin 100 yaşı tamam olur. Bir əsrlik zaman kəsiyini geridə qoyan bu müqəddəs ömür yolu təkcə bir insanın taleyi deyil, həm də tarixin canlı salnaməsidir. Məhbubə nənə ömrünün ən gözəl, ən bərəkətli dövrünü Azərbaycanın ən dilbər guşələrindən biri olan, uca dağlar qoynunda məskən salmış Kəlbəcər…

Ətraflı....

“İranla razılaşma Tehranın qeyd-şərtsiz kapitulyasiyasıdır”

“İranla razılaşma Tehranın qeyd-şərtsiz kapitulyasiyasıdır”. Babayolu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Axios”a müsahibəsində deyib. “Dünyanın ən güclü ordusuna sahibik”, – o deyib. Jurnalistin razılaşmanın ilkin tələbləri ilə bağlı sualına cavab verən Tramp əvvəlcə “qeyd-şərtsiz təslim” ifadəsinin müzakirə olunduğunu xatırladıb, daha sonra isə mövqeyini belə ifadə edib: “Yaxşı, bu, həqiqətən də…

Ətraflı....

“İsrail İranı Liviyaya çevirmək istəyir”

“İsrail İranı Liviyaya çevirmək istəyir”. Babayolu.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bunu ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens İsrailin İranla bağlı siyasətinə dair açıqlamasında deyib. O bildirib ki, İsrail cəmiyyətində İranın Liviya kimi dağılmasını istəyən qüvvələr mövcuddur və belə bir ssenari ABŞ-nin maraqlarına uyğun deyil. Vensin sözlərinə görə, 90 milyon əhalisi olan İranın xaosa sürüklənməsi regionda…

Ətraflı....

Zülfüqar Hüseynzadənin vəfatından 3 il ötür

Bu gün Moderator.az saytının təsisçisi, tanınmış jurnalist Zülfüqar Hüseynzadənin vəfatından üç il ötür. Zülfüqar Hüseynzadə 2023-cü il iyunun 18-də doğma Başlıbel kəndinə səfəri zamanı dünyasını dəyişib. Onun əziz xatirəsi doğmaları, yaxınları, dostları və onu tanıyan insanlar tərəfindən ehtiramla anılır. Zülfüqar Hüseynzadə həyatı boyu ətrafındakı insanların hörmətini qazanmış, öz insanlığı, səmimiyyəti və yüksək mənəvi keyfiyyətləri ilə yadda qalmış…

Ətraflı....