Son xəbər...

Müəllim ömrü

Dədələr demiş: “Müəllim — öyrədən deyil, daima öyrənən, yenilik yaradandır.”

​”Müəllim dost olmalıdır öyrətdiyi şəxsiyyətə.”

​Müəllim uşaqda insanlıq formalaşdırmalıdır.

​Müəllim şagirdə yaxşı vərdişlər — çalışqanlıq, mərhəmət, vətənpərvərlik, mütaliə formalaşdırmalıdır.

​Əziz Sabir müəllim!

​Sizin “Yenidən pedaqoji fəaliyyətə başladım, mənə təbrik düşür” sözlərinizi oxuyarkən düşündüm: əslində, Sizi təkcə yenidən pedaqoji fəaliyyətə başlamağınız münasibətilə deyil, illərdir müəllimlik adına layiq yaşadığınız, şagirdlərinizin qəlbində yaratdığınız dəyər və qazandığınız böyük hörmət münasibətilə təbrik etmək lazımdır.

​Siz mənim üçün həm müəllim, həm də əsl dostsunuz.

​Sizin zəngin elmi biliyiniz, həyat təcrübəniz, insanlarla ünsiyyət qurmaq bacarığınız və əsası, hər bir insana öz dəyəri ilə yanaşmağınız Sizi sıradan bir müəllimdən çox-çox üstün edir.

​Məncə, Sizin ənn böyük uğurunuz dərs dediyiniz şagirdlərin yalnız məktəb illərində deyil, məktəbi bitirdikdən sonra da Sizinlə dostluq münasibətlərini davam etdirməsidir.

​Çünki Sabir müəllim şagirdinin problemini eşidəndə onu kənardan dinləmir, öz problemi kimi yaşayır. Əlindən gələn köməyi əsirgəmir, yol göstərir, dəstək olur, mənəvi dayaq göstərir.

​Elə buna görə də Sizin dostluq çevrənizdə müxtəlif yaş qruplarından insanların olması heç də təsadüfi, təəccüblü deyil.

​Böyüklərin hörmətini, gənclərin sevgisini, hətta balaca uşaqların rəğbətini qazanmaq hər insana nəsib olmur.

​Siz illər əvvəl yetişdirdiyiniz şagirdlərlə bu gün dost kimi ünsiyyət qurursunuzsa, deməli, müəllimlik Sizin üçün sadəcə bir peşə deyil, həyat missiyasıdır.

​Bu səbəbdən, əziz Sabir müəllim, Sizi pedaqoji fəaliyyətə yenidən qayıdışınız münasibətilə ürəkdən təbrik edirəm!

​Əminəm ki, təhsil, elm fəaliyyətinə qayıdan Sabir müəllim təkcə dərs deməyəcək, yenə də neçə-neçə gəncin həyatına toxunacaq, onların yaddaşında “mənə dərs deyən müəllim” yox, “həyatımda iz qoyan insan” kimi qalacaq.

​Allah Sizə möhkəm can sağlığı, uzun ömür, tükənməz enerji və yeni pedaqoji fəaliyyətinizdə böyük uğurlar nəsib etsin!

​Sizi təbrik etmək bizə düşür, Sabir müəllim.

​Çünki Sizin kimi müəllimin yenidən pedaqoji fəaliyyətə qayıtması təkcə Sizin deyil, Sizi sevən bütün şagirdlərinizin sevincidir.

Hörmətlə,

Hikmət Ağamirov

​Əziz Hikmət Ağamirov, müəllimlik peşə deyil, sənət deyil, əsil müəllimlik fitri istedaddır. Həm də qanında, südündə də olsa, daha mükəmməl olur.

​Ziyalı ailəsində doğulmuşam:

Mirzə Molla Məhəmməd babam,

atam Hacı müəllim,

bacım Əminə müəllim,

Saleh Mirzəyev ali məktəbdə müəllim,

Mahir-Sabir həkim ali məktəbdə müəllim.

​Mənə belə dəyər verdiyiniz üçün böyük təşəkkür edirəm!

Hər zaman sözün dəyərli olub, öz əməllərin ömrünə nur saçıb, Hikmət müəllim.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir