Sabunçu Tibb Mərkəzi (STM) Azərbaycanın ərazicə və xidmət həcminə görə en böyük sağlamlıq ocaqlarından biridir. Xüsusən 2023-cü ildən sonra aparılan islahatlar nəticəsində mərkəz pasiyentlərin inamını qazanaraq etibarlı bir tibb müəssisəsinə çevrilib. Halbu ki, 2023-cü ildən əvvəl bir çox insan burada müalicə olunmaqdan çəkinirdi.
Bu mərkəz mənim üçün də xüsusi və doğma bir yerdir. 14 iyun 2024-cü ildə ağır avtomobil qəzası keçirdikdə, Təcilli Tibbi Yardım maşını məni bura gətirəndə hamı “Bacısının taleyi kimi olacaq!” deyə düşünürdü. Lakin Nurəngiz Bəşirovanın rəhbərliyi altında formalaşan yeni komandanın və tətbiq edilən yeni qaydaların sayəsində bu gün mən həyatdayam.
Bu gün növbəti müayinə üçün STM-ə üz tutdum. Həkimim, travmatoloq-ortoped Hidayət Cəfərovun qəbulunda olub müayinədən keçdim. Xəstəxanada diqqətimi çəkən ilk məqam hökm sürən sakitlik və nizam-intizam oldu. Aydın məsələdir ki, yeni təyin olunmuş direktor Cavid Paşayev pasiyent məmnunluğunu təmin edə bilib.
Xəstəxanadakı bu müsbət dəyişikliklərin səbəbini öyrənmək üçün Terapiya üzrə direktor müavini Sevinc Həsənzadəyə müraciət etdim:
— Sevinc həkim, yeni direktor təyinatından sonra tibb mərkəzində nə kimi yeniliklər var?
— Əlbəttə, çoxlu yeniliklər və islahatlar aparılır. STM-də əsas məqsədimiz pasiyent məmnunluğunu qazanmaqdır. Hər bir xəstə bir ailənin işığıdır və biz həkimlər son dərəcə çalışırıq ki, həmin işıq daha da gur yansın.
Direktor Cavid Paşayev hər gün səhər şəxsən bütün şöbələri gəzir, pasiyentlərlə həmsöhbət olur. Bu da mərkəzdə hər birimizin məsuliyyətini daha da artırır. Bundan əlavə, daxili kameralar vasitəsilə də bütün iş prosesinə nəzarət olunur. Bunu xəstələr bilməsə də, tibb mərkəzinin heyəti yaxşı bilir. Direktor bura daxil olan bütün şöbələrə hər gün baş çəkir və vəziyyəti yerindəcə öyrənir:
Dəri-zöhrəvi
Uşaq travmatologiyası
Qanköçürmə
Laboratoriya
Qəbul şöbəsi
Sevinc həkimə ətraflı məlumat üçün təşəkkür edib oradan ayrıldım.
Həqiqətən də STM çox böyük ərazidə yerləşir və başqa qəsəbələrdə də şöbələri fəaliyyət göstərir. Müəssisədə 586 çarpayı və 25 şöbə mövcuddur:
Ümumi Cərrahiyyə
Travmatologiya
Müştərək Travmatologiya
Oftalmologiya
LOR
Fizioterapiya
Ginekologiya
Psixosomatika
İnfeksion
Urologiya
Doğum
Hemodializ
Terapiya
Nevrologiya 1-ci şöbə
Nevrologiya 2-ci şöbə
Uşaq
Reanimasiya 1-ci şöbə
Reanimasiya 2-ci şöbə
Kardioloji
Dəri-zöhrəvi
Uşaq travmatologiyası
Qanköçürmə
Laboratoriya
Qəbul şöbəsi
Bu gün əminliklə demək olar ki, İcbari Tibbi Sığorta artıq özünü doğruldaraq pasiyentlərdə böyük məmnunluq və inam yaradıb.

Babayolu.az