42 il əvvəl — elə bu gün Kəlbəcərin Nadirxanlı kəndində, Rza müəllimin ocağında böyük bir şadlıq yaşanırdı. Ailənin oğlu Qurban müəllim tələbə yoldaşı olan şuşalı xanımla ömür yolunu birləşdirirdi.
El-oba adətinə uyğun olaraq, 3 gün, 3 gecə qara zurna meydan suladı, saz aşıqları dastanlar söyləyib xoş nəğmələr ifa etdilər.
26 avqust 1984-cü ildə təməli qoyulan bu nümunəvi ailə hər il bu özəl günü böyük qürurla qeyd edir. Əvvəllər bu sevinci valideynləri və övladları ilə bölüşürdülərsə, bu gün şükürlər olsun ki, nəvələr də bu ocağa qoşularaq ailə dəyərlərini yaşadırlar.
Babayolu.az kollektivi adından dəyərli Qurban müəllimi və ailəsini evliliklərinin 42-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirik!
Gələcəkdə “Qızıl toy”unuzu və “Brilyant toy”unuzu nəvə-nəticələrinizlə birlikdə doğma yurdumuz Kəlbəcərdə keçirməyi Uca Tanrıdan arzulayırıq. Sizə cansağlığı və uzun, xoşbəxt ömür diləyirik!

Babayolu.az