Son xəbər...

Bərdənin Musafaağalı Kəndində Yaşayan Şuşalı Tar Ustasının Kömək Harayı: Sənətkarın Qədrini Sağlığında Bilək!

​Bir millətin mədəniyyətini yaşatmaq təkcə sənətə deyil, ruhumuza və kimliyimizə sahib çıxmaqdır. 54 il boyunca ömrünü milli musiqi alətlərimizin, xüsusilə də tar və sazın hazırlanması ilə bərpasına həsr edən Şuşalı sənətkarımız Qurban Verdiyev bu gün Bərdə rayonunun Musafaağalı kəndində çox ağır şəraitdə ömür sürür.
​Hər zaman dövlətinə və dövlətçiliyinə sadiq qalan bu fədakar usta, üzləşdiyi çətinliklərə rəğmən öz müqəddəs yolundan bir an da olsun geri çəkilməyib. O, mövcud acınacaqlı vəziyyətlə bağlı İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı başda olmaqla bir çox müvafiq qurumlara dəfələrlə rəsmi qaydada müraciət edib. Təəssüf ki, keçiən zaman ərzində bu müraciətlərə heç bir müsbət reaksiya verilməyib və problem həllini tapmayıb.
​Milli irsimizə can verən böyük bir sənətkarın rəsmi qapılarda cavabsız qalması, tavanı uçub-tökülən, rütubətli və yararsız bir evdə, həmçinin emalatxanada ehtiyac içində yaşaması onu tanıyan hər bir kəsi dərindən sarsıdır. Belə dəyərli sənətkarların əməyini unutmaq mədəni irsimizə böyük bir itkidir.
​Biz Babayolu.az redaksiyası olaraq inanırıq ki, nə dövlətimiz, nə də milli dəyərlərə önəm verən imkanlı iş adamlarımız bu müraciətə səssiz qalmayacaq, usta Qurbana lazımi dəstəyi mütləq göstərəcəklər.

​Vaxt varkən böyük ustaya sahib çıxaq və onun sənətinə dəyər verək:

Müraciətlərin nəzarətə götürülməsi: Usta Qurbanın rəsmi müraciətlərinə baxılması, onun yaşayış və iş şəraitinin təcili bərpa olunması üçün aidiyyəti qurumlar və xeyriyyəçilər əməli addımlar atmalıdır.

Milli sənətə və ustaya dəstək: İllərin sınağından keçən tar və saz sənətinin qorunması, sənətkarın əl əməyinə layiq olduğu qiymətin verilməsi mənəvi borcumuzdur.
Gəlin bu səssiz haraya biganə qalmayaq, sənətkarımızın qədrini vaxtında bilək!

Yalçın Ağayev

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir