Qurban Sadıqov “Günün Səsi” portalının 10 illik yubiley tədbirində iştirak edib

2026-cı il 17 aprel tarixində “Günün Səsi” xəbər portalının fəaliyyətə başlamasının 10 illik yubiley tədbirinə dəvət olunduğum üçün baş redaktor Pərviz Həşimliyə təşəkkürümü bildirirəm. Tədbirdə dövlət və mətbuat nümayəndələri, Milli Məclisin deputatları, həmçinin xarici ölkələrin Azərbaycandakı səfirliklərinin əməkdaşları iştirak edirdi.
“Günün Səsi” xəbər portalı obyektiv və sağlam tənqidə sadiq olan, dövlətçiliyimizə və milli maraqlarımıza xidmət edən, ictimai etimad qazanmış ən etibarlı mətbu orqanlardan biridir. Səsiniz təkcə günə yox, həm də tarixə yazılır.
Hörmətli Pərviz müəllim!
Azərbaycanın media aləmində özünəməxsus layiqli yeri olan, operativliyi ilə seçilən “Günün Səsi” xəbər portalının baş redaktoru kimi Sizi və peşəkar kollektivinizi fəaliyyətə başlamağınızın 10 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı və bundan sonrakı fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir