31 Mart soyqırımından 108 il ötür

1 Bu gün, 31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Babayolu.az xəbər verir ki, soyqırım hadisəsindən 108 il ötür. 1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara…

Ətraflı....

Dövlətə xidmət, xalqa sədaqət: Vahid Həsənov

1 Dövlət Təhlükəsizlik Komitəsi deyəndə Ümummilli Lider Heydər Əliyevin yetirməsi, kadrı, kəlbəcərli Vahid Həsənov yada düşür. Vahid Həsənov deyirdi: “Əsl insan ‘çörək verən’ insandır.” Vahid Həsənov belə insan olub. Nəinki Kəlbəcər camaatına, həm də çoxsaylı digər rayonlardan olan insanlara kömək edib. Vahid Həsənov: “Təəssüf ki, çox az adam ‘çörək itirməyib’.” Rəbbim mənə nəsib etdi ki,…

Ətraflı....

İlham Əliyev Gürcüstanın Azərbaycandakı səfirliyində olub, başsağlığı verib

1 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 27-də Gürcüstanın ölkəmizdəki səfirliyində olub, Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı verib. Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze dövlətimizin başçısını qarşıladı. Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı. Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi. Prezident İlham Əliyev Bütün Gürcüstanın Katalikos-Patriarxı II İlya həzrətlərinin həyatını…

Ətraflı....

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 25-də “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib. “AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev dövlətimizin başçısına “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzi barədə məlumat verdi. Qeyd edək ki, Azərbaycan enerji sahəsində yeni inkişaf mərhələsinə daxil olur. Prezident İlham Əliyevin tapşırığına əsasən “AzərEnerji” ASC…

Ətraflı....

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

1 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 18-də Xocavənd rayonunun Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma kənddə həyata keçirilmiş və nəzərdə tutulan işlər barədə məlumat verdi. Xanoba kəndi Xocavənd…

Ətraflı....

YAP Sədrinin müavini ilə Belarusun ölkəmizdəki səfiri arasında görüş keçirilib

1 Martın 13-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Belarus Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviç arasında görüş keçirilib. Görüşdə Azərbaycan ilə Belarusun bir-birinin maraqlarına hörmət edən dost və tərəfdaş ölkə olduqları, dövlətlərarası münasibətlərin yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğu qeyd edilib….

Ətraflı....

Ukrayna Rusiyada neft bazasını vurdu

1 Ukrayna Ordusu Rusiyada neft bazasına zərbə endirib.  Babayolu.az xəbər verir ki, bu barədə Krasnodar diyarının Operativ Qərargahı məlumat yayıb. Qeyd edilib ki, Tixoretsk şəhəri ətrafında neft bazasına pilotsuz uçuş aparatının qalıqlarının düşməsi nəticəsində yanğın başlayıb.

Ətraflı....

Gürcüstan ATƏT missiyasının hesabatını rədd edib

Gürcüstan hökuməti ATƏT-in “Moskva mexanizmi” çərçivəsində ölkədə 2024-cü ilin yazından etibarən baş verən hadisələri əks etdirən hesabatı ilə bağlı dərin narahatlığını ifadə edib. Babayolu.az APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Gürcüstanın qurumdakı daimi nümayəndəsi Aleksandre Maysuradze sənədi qərəzli adlandırıb. Onun sözlərinə görə, hesabatda ciddi qeyri-dəqiqliklər və siyasi cəhətdən qərəzli nəticələr var ki, bu da…

Ətraflı....