“Scopus” bazasında elmi məqalələrin nəşri mövzusunda seminar keçirilib
“İdarəetmə” kafedrasının müəllimi Gülüstan Fərəcova tərəfindən müəllim və gənc tədqiqatçılar üçün növbəti elmi-nəzəri seminar keçirilmişdir. Seminarın mövzusu müasir akademik mühitdə ən aktual məsələlərdən biri olan “Scopus indeksli jurnallarda elmi məqalələrin yazılması və nəşr prosesi”nə həsr olunmuşdur. Seminar zamanı məruzəçi tərəfindən beynəlxalq bazalarda indekslənən jurnalların tələbləri, akademik yazının strukturu və məqalələrin qəbul prosesini sürətləndirən texniki məqamlar…