QURBAN SADIQOV-ÜMİD QAPISI, GÜVƏN YERİ

QURBAN SADIQOV
Elimin- obamın dar günündə həmişə yanında olan, çətinə düşənin
@@ ÜMİD QAPISI,
GÜVƏN YERİ!
Ağır, çox ağır vətənsizlik həsrətini Məcburi Köçkünlərlə birlikdə şərəflə yaşamısınız. “Torpaqlarımızı mütləq, işğaldan azad edəcək, Ali Baş Komandan!”- əminliklə deyərdiniz.
Azad, müstəqil Azərbaycan dövlətində yaşayıb – işləmək hamımız üçün şərəfli ömürdü.
Dövlətə, dövlətçiliyimizə sədaqətlə xidmət edən eloğlumuz, Kəlbəcərin
EL ZİYALISI
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “TƏRƏQQİ” medalı ilə təltif edilməyiniz münasibətiylə SİZİ
(xeyir – duasını verdiyiniz ) Babayolu.az Sayt adından
TƏBRİK EDİRƏM!
“Qurban Sadıqov- 1993-cü il 17 iyun tarixdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatında müvafiq vəzifəyə təyin olunmuş,şöbə müdiri vəzifəsinədək yüksəlmiş,hazırda Nazirlər Kabineti Aparatında sektor müdiri vəzifəsində çalışır.Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Qurban Sadıqova 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilmiş, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və @@ “TƏRƏQQİ” medalı ilə təltif edilmişdir.”
Azərbaycan Respublikası Prezidentinin 12 iyun 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baş nazirin müavini cənab Şahin Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Nazirlər Kabineti Aparatının Ümumu şöbəsinin müdiri cənab Asəf Həsənov “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə, həmin Sərəncamla Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin müdiri cənab İlkin Məcidov və Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov “Tərəqqi” medalı ilə təltif olunmuşlar.
2026-cı il 23 yanvar tarixdə Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov tərəfindən Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına uyğun olaraq 2025-ci ildə orden və medallarla təltif edilmiş yüksək vəzifəli şəxslərə həmin orden, medal və vəsiqələrin təqdimat mərasimi keçirilmişdir.
ƏMƏYİNİZƏ VERİLƏN YÜKSƏK QİYMƏTƏ VƏ TƏLTİF OLUNMAĞINIZA GÖRƏ
(Fürsətdən istifadə edərək, əməyimə verilən yüksək qiymətə və təltif olunmağıma görə) Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova dərin minnətdarlığımı bildirirəm.

 

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir