BU DÜNYA,YALAN DEYİL
Bu dünya,YALAN deyil
Bu dünya yalan deyil, doğrular üzərində qurulub.
Rəbbim hərəyə ürəyinə görə verir, ürəyincə,verir. Bu dünya yalan deyil, yalan ADAMLARDIR,
yalanı yaradan da adamlardır, adamcıqlardı, dünya YALAN deyil.
Rəbbim, gözəl Rəbbimdir, mənə həmişə ürəyincə verib, ürəyim istədiyin verib, dünya YALAN deyil.
Əgər özün gerçəksənsə, gerçəksənsə, bu dünya nədən YALAN olmalıdır.
Hər bir insanın əməli şərəf, ləyaqəti onun yoludu. Şərəf, ləyaqətli onun yolçusu, yoldaşıdır.
Taleyixoş adamam şərəfim,
ləyaqətim həmişə sənin kimi dürüst, allaha yaxın, sənin kimi təmiz insan qarşıma çıxarıb.
Sən, yolumsan, yolçumsan, yol yoldaşımsan. Sən gəncsən, mən yaşlanmışam, sən təzə gedirsən, mən çoxdan bu yolu gedirəm.
Sən bu yolu təzə gedirsən ,mən çoxdan getmişəm. Əlini ver mənə, tut əlimdən, Səni getdiyim yolla aparım !
Geriyə baxanda, onsuz da, hər bir adamın səhvi var mən geriyə baxanda, şərəfim var, ləyaqətim var. Yanımda olanlar da şərəfli insan olduğumu bilirlər.
Heç kimi aldatmamışam, dələduzluq etməmişəm, narkotik aludəçisi pis vərdişlər aludəçisi deyiləm!
İnsan aludəçisiyəm.
İnsan axtarıram. Həmişə axtarmışam, insan. Harada tapsam, tuturam ətəyindən, tutmuşam qolundan, salmışam ürəyimə, salmışam ürəyimə,
saxlamışam ürəyimdə .
Çalışmışam hər zaman, ona fayda verəm. Çalışmışam hər zaman ondan fayda alam, əzizim.
Çünki onlar mənim yemim deyildi, onlar mənim yerim deyildi. Mənim doğrularım var indi. Sən mənim dostumsan, indi .
Sabir Hacı bilir ki, bu dünya yalan deyil, bu dünya yalan-palan da deyil !
Yalanlar-palanlar olanlar var. Onların ömrü yalandır. Ömrüm şərəflidir, ləyaqətlidir, çünki səni kimi DOSTUM VAR, SƏNİ KİMİ DOSTUM VAR !
Babayolu.az