Vahid Məmmədov — müəllim, kimya müəllimi, çox savadlı və əsl kimyaçıdır. Bəli, MÜƏLLİM!
Bu fikirlər Sabir Hacıoğlu Mirzəyevə aiddir.
Sabir Hacıoğlu Mirzəyev bildirir ki, indiki dövrdə müəllimlik nə qədər şərəfli olsa da, bir o qədər də şərəfsiz münasibətlərlə üz-üzə qalırıq. Müəllimlik haqqında isə növbəti paylaşımımda daha geniş danışacağam.
Vahid müəllim eyni zamanda çox yaxşı arıçıdır. Mən, artıq neçə illərdir ki, ondan təmiz və ekoloji cəhətdən saf Kəlbəcər balı alıb dostlarıma paylayıram.
Bir dəfə böyük bir müəssisənin direktoru mənə belə dedi:
— Sabir müəllim, bu çox şirin baldır. Belə balı ilk dəfədir dadıram. Mən bunu haradan əldə edə bilərəm?
Başqa bir dostum isə belə dedi:
— Sabir müəllim, bal çox əladır. Uşaqlarımın çox xoşuna gəldi.
Bilirəm ki, bu rəylər həm mənim payımın dəyərini, həm də Vahid müəllimin zəhmətini və halallığını göstərir. Vahid müəllim Azərbaycanda Kəlbəcər rayonu üzrə Arıçılıq Assosiasiyasının sədridir.
Dəyərli dostum, hər zaman var olun! Həm mənim üçün, həm də Babayolu.az oxucuları üçün örnəksiniz, Vahid müəllim!
https://www.facebook.com/100011164811667/videos/pcb.2698815340500600/4540925362899512
Babayolu.az