Kəlbəcərli olduğunu bilirdim. İctimai kanalda “Həftə”: verlişində onu görəndə, Kəlbəcər Vətən ehtiyacım ödənirdi. Ona görə də Müsahibə götürmək qənaətə gəldim. Müraciət etdim :
Rıhbərliyə deyim,razılaşmalar,baş üstə !
Növbəti gün :
” Siz kəlbəcərli olduğunuz üçün , icazə verdi rəhbərlik ”
İctimai kanalın da rəhbərliyinə minnətdaram. Babayolu.az saytının xahişinə müsbət cavab verib.
1.Uşaqlıq sizin üçün nə deməkdir ?
Uşaqlıq mənə görə həyatın ən saf, ən qayğısız dövrüdür. Uşaq ikən hamı kimi mən də tez böyüməyə can atırdım. Elə bilirdim ki, böyüklər üçün həyat daha asandır. Amma böyüdükcə anladım ki, niyə insanlar “kaş həmişə uşaq qalardım” deyirlər. Təəssüf ki, uşaqlığın ən xoşbəxt çağ olduğunu vaxtında dərk edə bilmirik.
2.Valideynlər sizin üçün nə deməkdir?
Valideyn insan üçün dayaq deməkdir. Azərbaycan xalqının mental dəyərində ana-ata müqəddəs yer tutur. Bu belə də olmalıdır. Çünki insanın formalaşmasında valideynlərin övladlarına verdiyi tərbiyə, təhsil çox önəmlidir. Təəssüf ki, mən atamı bir neçə il əvvəl itirmişəm. Və deyə bilərəm ki, həyatın ən qəddar üzünü atam xəstə olanda görmüşəm. Valideyn ciddi xəstə olanda və ya onu itirəndə, insanın həyatı tamamilə alt-üst olur. Təəssüf ki, valideynlərin dəyərini vaxtında anlaya bilmirik.
3. Sevgi,?
Həyatın kökü sevgidir. Sevgisiz insan susuz çiçək kimidir. Sevgi olmasa, həyatda uğur qazanmaq mümkün deyil. Sevgi deyəndə yalnız iki cinsin bir-birinə sevgisi başa düşülməməlidir. Özünə sevgi, ətrafına sevgi, həyata sevgi. Həyatda hər şeyə sevgi ilə yanaşsan, yaşamaq həm asan olacaq, həm qəlbin gənc qalacaq, həm də uğur həmişə səninlə olacaq.
4.Həyatda yerinizi tapmısınızmı ?
Düşünürəm ki, həyatda yerimi tapmışam. 20 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ali təhsil almışam. Təhsil ala-ala da Azərbaycan Radiosunda işə başlamışam. O vaxtdan yolum əvvəl radio, sonra televiziya ilə kəsişib. Beləliklə, 30 ildən çoxdur bu sahənin içindəyəm. Özümü başqa sahədə təsəvvür edə bilmirəm. İşim mənim üçün hər şey deməkdir. Düzdür, bəzən çətinliklə qarşılaşanda yorulduğum anlar olub. Hətta bəzən bu sahədən getmək düşüncələrim də olub. Amma o çətinliyi dəf edəndə yenidən işimə qaldığım yerdən sevgi ilə davam edirəm. Şükür ki, işimdə uğur qazana bilmişəm. İzləyicilərdən gələn reksiyaları görəndə deyirəm ki, Nigar, yaxşı ki, elə jurnalist və aparıcı olmusan.
5.Müasir gənc ?
Müasir gənclərlə mənim dövrümün gəncliyi arasında çox böyük fərq var. Həm müsbət, həm mənfi mənada. Mənim zamanımda bizə indiki gənclərə yaradıldığı qədər şərait yaradılmamışdı. Biz məhdud imkanlarla böyümüşük. Nə televizora doyunca baxa bilmişik, nə əlimizdə telefon və ya planşet olub. Amma elə bunlar olmadığı üçün də biz dəyərlərlə böyümüşük. Valideynlərimizdən qınaq da eşitmişik, müəllimlərdən irad da qəbul etmişik, boş vaxtımızı kitab oxumaqla keçirmişik. İndiki gənclərdə təəssüf ki, bunların əksəriyyətini görə bilmirik. İndiki gənclər daha səbirsiz, daha emosionaldırlar, söz qəbul etmək istəmirlər. Onlara elə gəlir ki, hər şeyi ancaq onlar bilirlər. Yəqin ki, bu da zəmanənin gətirdiyi nüanslardır. Biz buna görə gəncləri qınaya da bilmərik. İndi həyat bizim dövrümüzdəkindən çox-çox fərqlidir.
6.Yonulmamış daşlar nə deməkdir, siz yonulmusunuzmu, kim daha çox yonub; valideynlər, dövran, kimsə ?
Həyata qalib gəlmək üçün daş kimi yonulmalısan. İnsanı nə valideyn yonur, nə də dövran. İnsanı yonan yaşadıqlarıdır. Qarşına çıxan daşları təmizləyəndə təcrübə qazanırsan. Bu da növbəti addımlarını daha ehtiyatla atmağa səbəb olur. İnsan çətinliklərlə qarşılaşanda istər-istəməz yonulur.
7.Kəlbəcər sizin üçün haradır ?
Kəlbəcər atamın vurğunu olduğu diyardır. Kəlbəcər uşaqlığımın keçdiyi yerdir. Uşaqlıqda məktəb tətillərimin əksər hissəsi Kəlbəcərdə nənəmin evində keçib. O yerlər mənim üçün əzizdir. Çünki uşaqlıq xatirələrim əsasən Kəlbəcərlə bağlıdır. Kəlbəcər illərlə darıxdığım, həsrətində olduğum yurddur. Kəlbəcər 35 il sonra yenidən gördüyüm cənnətdir. Təəssüf ki, atam Kəlbəcərin işğaldan azad olunduğunu görə bilmədi. Amma mən əminəm ki, atamın ruhu dogma Kəlbəcərdə dolaşır.
8.Niyə İctimai kanal ?
Çünki Azərbaycanda sözünü maneəsiz deyə biləcəyin yeganə kanal İctimai Televiziyadır. Çünki Azərbaycanda obyektiv və demokratik şərait məhz İctimai TV-dədir. Çünki İctimai TV Azərbaycanda inasanın qabiliyyətini dəyərləndirə bilən kanaldır. Yəni çünkilər çoxdur. Kanalımı buna görə çox sevirəm.
9.Həftə verlişində komanda neçə nəfərdir ?
Verilişin adı İTV Xəbər Yekun-dur. Hər bazar saat 20.00-da efirə gedir. Komandamız 10 nəfərdən ibarətdir.
10.Peşənizdən çıxmağa məcbur olsanız,çörəyi haradan çıxara bilərsiniz ?
Bu barədə heç düşünməmişəm. Yəqin ki, ali təhsil müəssisəsində jurnalistikadan dərs deyərək.
11.Əgər Sabir müəllim alim olmasaydı, siz kim olardınız ?
Atamın bizim üzərimizdə zəhməti böyükdür. Başqaları yay tətilində dincələndə, atam bizi kitab oxumağa məcbur edirdi. O zamanlar bu bizə çətin gəlirdi. Biz də başqaları kimi gəzmək, əylənmək istəyirdik. Amma atamın zəhmi bizim formalaşmağımızda böyük rol oynayıb. Mənim aparıcılığıma gəlincə, atam əvvəl-əvvəl buna qarşı idi. Mən öz inadım sayəsində aparıcı olmuşam. Sonradan atam mənim dəstəkçim oldu. Ən böyük tənqidçim də elə atam idi.
12.İctimai televiziyada neçə ildir çalışırsınız ?
Artıq 18 ildir
13.Çətinə düşəndə kimə müraciət edirsiniz ?
Yalnız Allaha. Bilirəm ki, o məni heç vaxt darda qoymaz.
14.Dostunuz var ?
Qapalı insan olduğum üçün dostlarım çox deyil. Mən insanlarla dost yox, daha çox tanış kimi qalmağı üstün tuturam.
15.Pul nə deməkdir ?
Pul yaşamaq üçün vasitədir. Az olması da problem yaradır, çox olması da. Ona görə də həyatda normal yaşayışa kifayət edəcək qədər pulun olsa yetərlidir.
16.Vətənpərvərliyi daha çox harada öyrənmisiniz ?
Adətən deyirlər ki, harada sənə yaxşıdırsa, ora da sənə vətəndir. Mən bu fikirlə razı deyiləm. Harada yaxşı yaşasan da, heç nə Vətənin yerini verə bilməz. Mən Bakıda anadan olmuşam. Mənim üçün Bakı ən dogma şəhərdir. Hansısa xarici ölkəyə üz tutanda evim kimi, Bakı üçün də darıxıram. Vətən hər bir insan üçün müqəddəs olmalıdır. Digrə tərəfdən, mən hər yerdə, hər şeydə ədalət axtaran insanam. Vətənpərvərliyim də ən çox ədalət hissimdən irəli gəlir. Tarixən Azərbaycanın başına gətirilən faciələr məni çox üzür. Ölkəmiz təəssüf ki, tarixin çox ədalətsizlikləri ilə üzləşib. Bu ədalətsiliklərin başa çatmasını arzulayıram. Arzulayıram ki, tarixən itirdiyimi torpaqlarımız yenidən Azərbaycanın olsun. İki yerə bölünmüş Azərbaycanın bütövlüyünü arzulayıram. Güney Azərbaycanda yaşayan soydaşlarımızın haqlarının təmin olunmasını istəyirəm. Çünki onlar İran rejimi tərəfindən çox haqsızlıaqlara məruz qalırlar. Yəni haqq-ədalətin bərpasını arzulayıram. Yəni Azərbaycanın, azərbaycanlıların tarixən yaşadıqlarına biganə qala bilmirəm.
17.İncəsənətin hansı növünü bacarırsınız ?
İşim elə incəsənətin bir növüdür. Bundan əlavə, mahnı oxumağı da bacarıram.
18.Xasiyyətinizin formalaşmasında kimin rolu çox olub ?
Xasiyyətimdən çox razıyam. Ən əsası bilirəm ki, xain və paxıl insan deyiləm. Böyüdüyüm ailədə bunları görməmişəm. İnsan əsasən ailəsində gördüklərini çox vaxt gələcək həyatına daşıyır. Mən isə ailədə yalnız düzgünlük görmüşəm. Ona görə də həyatda vicdanla yaşamağa çalışıram. Mənfilərimlə, mübətlərimlə yaxşı ki, Allah məni bu cür yaradıb.
Biz hesab edirik ki, növbəti dəfə çəkiliş apararaq sizdən müsahibə götürə biləcəyik.
Babayolu.az