Dövlət Təhlükəsizlik Komitəsi deyəndə Ümummilli Lider Heydər Əliyevin yetirməsi, kadrı, kəlbəcərli Vahid Həsənov yada düşür.
Vahid Həsənov deyirdi:
“Əsl insan ‘çörək verən’ insandır.”
Vahid Həsənov belə insan olub. Nəinki Kəlbəcər camaatına, həm də çoxsaylı digər rayonlardan olan insanlara kömək edib.
Vahid Həsənov:
“Təəssüf ki, çox az adam ‘çörək itirməyib’.”
Rəbbim mənə nəsib etdi ki, Vahid müəllimlə görüşdüm və çox söhbət etdik.
“Müəllim, qardaşınız Saleh müəllim məni yaxşı tanıyırdı. ‘Murovdağ Cəmiyyəti’ni onun təşəbbüsü ilə yaratdım. Sovet hakimiyyətində yazılmamış qanuna əsaslanaraq, öz vəsaitimi cəmiyyətin fonduna yönəldərək xalqa kömək etdik. Qəribə burasıdır ki, cəmiyyətdən kim sui-istifadə etdisə, hamısı layiqli cəzasını aldı. Amma qardaşınız Saleh müəllimin evində köhnə bir soyuducu vardı, eşitdiyimə görə. Ona neçə dəfə təklif olundu ki, bu qədər soyuducu paylayırsınız, birini də özünə apar.
Qardaşınız dedi:
‘Mənim evim var, köhnə olsa da soyuducum var. Amma elə insanlar var ki, onların heç nəyi yoxdur. Onlara kömək etməliyik.’”
Vahid Həsənov özündən heç nə danışmadı. Bircə söz dedi:
“Haqqı unudan o qədər adam var ki… Vaxt vardı, qapımda yatanlar indi məni görəndə başlarını aşağı salıb keçir, guya mənim əlim üstlərində olmayıb. Oğlum neçə vaxtdır işsizdir. Bir dəfə demirlər ki, heç olmasa, yediyim çörəyin halalını verim…
Xidmət etdiyi yerdə oğluma böyük haqsızlıq olunduğuna görə işdən çıxdı. Halbuki indi ailəyə yaxın olanlara mənim o qədər yaxşılığım dəyib. Sanki belə şeylər olmayıb.
Ay müəllim, siz yaxşı nəslin nümayəndəsisiniz, halal adamsınız. Qardaşınız Saleh müəllimlə yaxın münasibətdə olduğumuz üçün məni ziyarət edirsiniz. Halbuki…”
Vahid Həsənov özü haqqında danışmaqdan çəkindi. Nə qədər çalışsam da, heç nə demədi.
“Əgər haqqımda bilmək istəyirsinizsə, gedin filankəslərdən soruşun!”
Danışmağa söz tapmadım.
Yalnız bir kəlmə dedi:
“Kişi çörək verən olar. Əsil və bədəsil olmaq nəsildən gələr, amma burunlarından da gələr.”
28 mart – Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının günüdür.
Rəbbim sizləri qorusun, Azərbaycan Respublikasının qoruyucu mələkləri!





Babayolu.az