I hissə
Sabunçu Tibb Mərkəzi
02.04.2026
Burada kardiologiya şöbəsində müalicə alıram. 10 yaşımda ensefalit və meningit keçirib ömürlük əlillik qazanmışam – alın yazımın ilk hədiyyəsi. Ömrümün müəyyən yaşında infarkt keçirmişəm. 33 ildir depressiya ilə yaşayıram. 23 aydır insult (beyin qanaması), onurğa beyninin arxasında kista, böyrəklərimdə və ödümdə kista, sol ətrafda: daban, pəncə, qamış sümüyü, çanaq sümüyü, oturaq, sol tərəfdən 7 qabırğa, fəqərə qırıq və çıxığı, döş qəfəsinin qırığı, açıq-qapalı kəllə-beyin travması, beyin qanaması, sağ ətrafın ən yüksək dərəcədə əzilməsi…
II hissə
15 ay yataqda yatmışam. Yuxarıda sadaladığım xəsarətləri 14 iyun 2024-cü il təxminən saat 21 radələrində “Radiozavod” ərazisində dostlarımın gözünün qarşısında avtomobil qəzası zamanı almışam – avtomobil vurub. Sürücülərdən biri “Opel Astra” markalı maşınla vurub.
III hissə
Sabunçu Tibb Mərkəzinin cərrahiyyə şöbəsində 15 gün reanimasiyada, 10 gün stasionarda müalicə almışam. Öz iradəm sayəsində “xadunka” (yürüteç) ilə gəzirəm. “Xadunka” ilə yeriyirəm, amma corabları geyinib-soyunub bilmirəm. Halbuki bu vəziyyətdə olanlar evdən tərpənə bilmir.
IV hissə
Növbəti müalicəsini STM-in kardiologiya şöbəsində alan, Kəlbəcər rayonunun Başlıbel kəndindən məcburi köçkün, Bakı şəhərində məskunlaşmış Sabir Hacıoğlu Mirzəyev Başlıbel:
Kardiologiya şöbəsinin tibb personalının sayəsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncam və qərarları ilə TƏBİB və İcbari Tibbi Sığortanın sayəsində, kardioloq Xəyalə həkimin, laboratoriya avadanlıqlarının, peşəkar həkim, tibb bacıları, təmizlik işçiləri, yeməkxana və mühafizənin peşəkarlığı sayəsində məmnunam. Növbəti müalicələr üçün də buraya qayıtmağı planlaşdırırıq.
V hissə
İstilik sistemi şöbənin daxilindədir; bir şalvar, bir köynəklə oturan üşüməz. Döşəmə tərtəmiz, ətraf tərtəmiz. Müalicə nəzərdə tutulan dərmanların sayəsində qənaətbəxş, əməkdaşların münasibəti qənaətbəxş, bir sözlə, xidmət qənaətbəxşdir.
VI hissə
Amma müasir günümüzdə qalib ölkənin vətəndaşı qalib olduğu üçün onun müalicə ocaqları da yüksək səviyyədə olmalıdır. Həkimlər, tibb bacıları, təmizlik, mətbəx – bir sözlə, sağlamlığımızın keşiyində duranlar yaxşı əməkhaqqı ilə təmin olunmalıdır. Onlar təmin olsa, ailəsini orta səviyyəli dolandıra bilsə, həm Allaha xoş gedər, həm də dövlətə.
VII hissə
STM kasıbların xəstəxanasıdır. Necə olur, müharibəyə fərq qoyulmadı, hamı getdi, nəsib olan müqəddəs ad aldı. Dövlət xəstəxanaları da sanki qospitaldır, nə üçün əməkhaqqı dövlətimizin büdcəsinə uyğun təmin olunmur? Suallar çoxdur, amma Allah var, başına gələn bilər!
VIII hissə
Təşəkkürlər: Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirovaya, Baş həkim Sevinc həkimə, şöbə müdiri Ülviyyə həkimə, kardioloqum və müalicə həkimim Xəyalə həkimə, tibbi və təsərrüfat personalına.
IX hissə
İrad və təkliflərimə məsuliyyətlə yanaşıb həssaslıq göstərdiyi üçün direktora, baş həkimə, şöbə müdirinə minnətdarlığımı bildirirəm!
X hissə
Ancaq pasiyentlərdən məmnun deyiləm: mehribançılıq yoxdur, əməkdaşlarla pis davranırlar, qaydalara əməl etmək istəmirlər. Onların istədiyi kimi olmayanda böhtanlara təşəbbüs edirlər.
Paylaşımı hazırladı: Təsisçi, baş redaktor Sabir Mirzəyev
Babayolu.az