Sabunçu Tibb Mərkəzinin (STM) direktoru Nurəngiz Bəşirovaya dərin minnətdarlığımı bildirirəm!
TƏBİB-in yaradılmasından sonra yenidən təşkil edilən və yeni rəhbərlik təyin olunan tibb müəssisələrindən biri də Sabunçu Tibb Mərkəzidir. Nurəngiz xanım bu mərkəzə direktor təyin olunduqdan sonra, keçmiş “Sabunçu xəstəxanası” müasir Sabunçu Tibb Mərkəzi kimi xalqın rəğbətini və məmnunluğunu qazanmağa başlayıb.
Mən ağır avtomobil qəzasından 23 ay keçməsinə baxmayaraq, hələ də müalicə alan, həyati təhlükəsi olan patologiyalı bir pasiyentəm. İldə 4 dəfə bu mərkəzə müraciət edərək müvafiq müalicə kursları keçirəm.
Hazırda növbəti müalicə mərhələsindəyəm və vəziyyətimin yaxşılaşdığını hiss edirəm. Həm STM-in, həm də TƏBİB-in fəaliyyəti məni tamamilə qane edir. Göstərilən diqqət və yüksək xidmətə görə TƏBİB rəhbərliyinə və STM-in direktoru Nurəngiz Bəşirovaya öz təşəkkürümü bildirirəm!
Babayolu.az