Alimlərə şad xəbər – 1000 manat mükafat veriləcək
2024-cü ildən həyata keçirilən və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılmasına xidmət edən “Alimlərin maddi mükafatlandırılması layihəsi” 2026-cı ildə də davam etdiriləcək. Bu barədə Elm və Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, cari ildən layihə üzrə qiymətləndirmə mexanizmi elmmetriya sahəsində ixtisaslaşmış beynəlxalq “Clarivate” şirkətinin mütəxəssisləri və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə əməkdaşlıq çərçivəsində təkmilləşdirilib….