Son xəbər...

İNSANLIĞIN PEŞƏKARLARI

​Bakı Reabilitasiya Mərkəzi əlilliyi olan şəxslərə reabilitasiya xidməti göstərən reabilitasiya müəssisəsidir. Mərkəzdə əlilliyi olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası, əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası həyata keçirilir.
​Mərkəzdə reabilitasiya xidməti alanlarla bağlı məlumat bankı yaradılır, bərpa müalicəsi alanların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Müəssisə 1, 2 və 3 nəfərlik palatalardan ibarət olmaqla toplam 60 çarpayılıqdır.
​Mərkəzin direktoru Vüsalə xanım Kazımova tərəfindən mərkəzdə reabilitasiya üçün hər cür şərait yaradılıb. Müalicə həkimim, fizioterapiya həkimi Məhsəti xanım hər müalicə qəbul edəndə yeni tövsiyələr verir: “Müalicəarası fasilədə kabinetə gəlin”. Və yaxud da özü fizioterapevtlərin yanına gəlib müalicənin gedişi ilə maraqlanır. Müalicənin əvvəlində və sonunda qan təzyiqi ölçülür, qeyd aparılır.
​Mərkəzin direktor müavini Telman Teymurov sözügedən mərkəzin “bel sütunudur”. Mərkəzdə 14 gün ərzində heç bir texniki problem görmədim. Telman müəllim mərtəbələri də gəzir, problemin həllini isti-isti aradan qaldırır. Bədən tərbiyəsi müəllimi Fərid müəllimlə alətlərlə məşq etməklə əzələlərim xeyli gücləndi.
​İl ərzində minlərlə əlil mərkəzin müalicəsindən istifadə edərək məmnun qalır. Mərkəzdə bütün əməkdaşlar pasiyentlərin məmnunluğu üçün gərgin çalışırlar. Həm peşəkardırlar, həm də insanlığın peşəkarlarıdır.

Sabir Hacıoğlu Mirzəyev Başlıbel
Babayolu.az saytının baş redaktoru

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir