Kəlbəcərli generala professor elmi adı verildi

Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini, əslən Kəlbəcərdən olan general-mayor Arif Həsənova professor elmi adı verilib.

Babayolu.az Subyekt.az-a istinadən xəbər verir ki, bununla bağlı qərar Ali Attestasiya Komissiyası tərəfindən qəbul olunub.

Qeyd edək ki, A.Həsənov milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktorudur və bu vaxta qədər dosent elmi adını daşıyıb.

Həmçinin, “Hərbi bilik” jurnalının redaksiya heyətində onun adı artıq professor kimi təqdim olunur.

Təbrik edirik, cənab General.!

iconBabayolu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir