Azərbaycandan Ermənistana 8 vaqon gübrə göndəriləcək
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək. Babayolu.az xəbər verir ki, bu barədə Manset.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib. Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir. Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib. Xatırladaq ki, tranzitlə…