15 İyun – Milli Qurtuluş Günü: xalqın seçdiyi müstəqillik, dövlətin qazandığı gələcək!
Azərbaycanın minilliklərə söykənən dövlətçilik tarixində elə günlər vardır ki, onlar yalnız təqvim hadisəsi deyil, bütöv bir xalqın taleyini dəyişən, gələcəyini müəyyən edən və milli yaddaşa əbədi həkk olunan dönüş nöqtəsidir. 15 İyun – Milli Qurtuluş Günü məhz belə bir gündür.Bu tarix Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsindən xilas edildiyi, xalqın ümidsizlikdən ümidə, xaosdan sabitliyə, parçalanmaq təhlükəsindən…